Advertisement

Futbol üzrə Türkiyə Kubokunun final tarixi açıqlanıb

Futbol üzrə Türkiyə Kubokunun final tarixi və keçiriləcəyi stadion bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Turnirin final qarşılaşması mayın 14-də “Eskişehir Atatürk Stadionu”nda keçiriləcək.

Qeyd edək ki, yarımfinalda “Qalatasaray” “Konyaspor”la , “Trabzonspor” isə “Göztepe” ilə qarşılaşacaq.