
“ChatGPT” xidmətinin yaradıcısı olan “OpenAI” şirkəti “Google”a məxsus “Chrome” brauzerini almaqda maraqlıdır.
APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bəli, bir çox başqa şirkətlər kimi biz də bu məsələdə maraqlıyıq.”, – “OpenAI”-də “ChatGPT” üzrə məsul şəxs Nik Tarli bildirib.
Tarli qeyd edib ki, hazırda “Chrome” üçün “ChatGPT” əlavəsi mövcuddur. Lakin əgər “OpenAI” “Google”un brauzerini alsa, “chatbot”un “Chrome” ilə daha dərindən inteqrasiyası mümkün ola bilər.
























