Advertisement

Köç karvanı Ağdamın Sarıcalı kəndinə çatıb, 35 ailəyə evlərinin açarları təqdim edilib

Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə köçürülən 158 nəfərdən ibarət 35 ailəyə yeni tikilmiş evlərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

06:30

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 35 ailə – 158 nəfər köçürülüb.

Sarıcalı kəndinə Bakı şəhərindən 16 ailə (82 nəfər), Ağdam rayonundan 14 ailə (52 nəfər), Yevlax şəhərindən 3 ailə (12 nəfər), Ağcabədi rayonundan 2 ailə (12 nəfər) köçürülüb. Bakı şəhərindən köçürülən 16 ailə (82 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 7:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Yevlax şəhərində, Ağdam və Ağcabədi rayonlarında məskunlaşmış 19 ailə (76 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər, köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq.

Beləliklə, Sarıcalı kəndinə, cəmi, 184 ailə (767 nəfər) köçürülüb.