Advertisement

“Yuventus” Çempionlar Liqasına vəsiqə qazanıb

İtaliya A Seriyasında mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, “Yuventus” səfərdə “Venesiya” ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 70-ə çatdıran “qoca sinyora” gələn mövsüm UEFA çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Turun digər matçında isə “Roma” “Torino”nu 2 cavabsız qolla məğlub etməyi bacarıb.