Lənkəranda qətl hadisəsi qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndində baş verib.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.
Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.
İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.























