
Keniyanı bürüyən etirazlar nəticəsində azı 16 nəfər həlak olub.
APA xəbər verir ki, bu haqda “Reuters” agentliyi “Amnesty International”a istinadən məlumat yayıb.
Son məlumatlara görə, Keniyanın 47 əyalətindən 23-də etiraz aksiyaları keçirilib.
Hadisələr zamanı 400 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

























