
9 – 12 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, apellyasiya komissiyası 14 – 15 iyul 2025-ci il tarixlərində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.
|
Tarix
|
Komissiyanın nömrəsi
|
Fənn
|
Ünvan
|
|
14.07.2025
|
10-rəngkarlıq
12-heykəltaraşlıq
|
rəsm
|
Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24
|
|
15.07.2025
|
11-qrafika
|
rəsm
|
Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24
|
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.
























