Advertisement

Ağdamda qəza olub, yaralananlar var

Oktyabrın 11-də saat 21:30 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.

Qeyd edilib ki, 1995-ci il və 2001-ci il (2 nəfər) təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin küt travmaları, sınıqları və sıyrılmış yaraları diaqnozları təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1995-ci il və 2001-ci il təvəllüdlü şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti orta ağır qiymətləndirilən digər 2001-ci il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

11 oktyabr, saat 21.50

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Lada-Xəzər” markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.