Advertisement

Göyçayda taxta sexində güclü yanğın olub – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

21:55

Göyçayda taxta sexində yanğın hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən yanğın saat 21:30 radələrində rayonun Natəvan küçəsindəki yerləşən taxta sexlərindən birində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda ərazidə işlər davam etdirilir və yanğının genişlənməsinin qarşısı alınır.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.