
NATO və Aİ-nin Kiyevə dəstək bəyanatlarına baxmayaraq, Ukraynanın Avropadakı müttəfiqləri son aylarda bu ölkəyə göstərilən hərbi yardımı nəzərəçarpacaq dərəcədə azaldıblar.
APA xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda yalnız bir neçə Avropa ölkəsi Ukraynaya hərbi yardım göstərməkdə davam edir.
“Digərləri ya imkanlarını tükədiblər, ya da yardım göstərməyə artıq həvəsli deyillər”, — deyə məqalədə bildirilir.



























