
Bakı. Trend:
Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz
şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar
xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil
olub.
“Məlumatla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti
qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük
avtomobili idarəetməni itirərək qaz borusuna çırpılıb, 1 nəfər
avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər
nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib”, – deyə qeyd olunub.

























