
Bakı. Trend:
Abşeronda evdən külli miqdarda oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat
pul və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması
barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov
müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

























