Bakı. Trend:
Aprelin 19-də saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində
1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci
il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə
yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə
şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət
Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.
























