Advertisement

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutuldu

Bakı. Trend:

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xdmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhəri ərazisində yerləşən
qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir boruların
oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə
şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş
Nail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetamin
aşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbs
qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.