
Bakı. Trend:
Bakıda marketlərdən küllli miqdarda oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən
iki marketdən ümumilikdə 100 manat pul, 3000 manat dəyərində tütün
məmulatı və 1000 manat dəyərində qol saatını oğurlamaqda şübhəli
bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurlan Sayadov
müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

























