Advertisement

Hacıqabulda narkokuryerlik edənlər saxlanılıb – Trend.Az

Bakı. Trend:

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb .

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov
saxlanılıblar. Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və
marixuana aşkar edilib.

Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik
etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan
yerə çatdırmalı olduqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.