
Bakı. Trend:
Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının
Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə
saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində
aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn
oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə
Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin
“Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı
ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun
axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam
etdirilir.
Əlavə məlumat veriləcək.

























