
Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin
əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ”
markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud
şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və
sağlamlığına real təhlükə yaratdığı üçün “saxla” işarəsi
verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə
verilən məlumata görə, lakin sürücü, Şirvan şəhər sakini Cavid
Babayev tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.
Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb
və onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədlərinin,
eləcə də sürücülük hüququnun olmaması müəyyən edilib.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon
məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə C.Babayev 30 sutka inzibati qaydada həbs
edilib.

























