
Bakı. Trend:
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov,
Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin,
metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb,
saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

























