Advertisement

Azərbaycanlı Türkiyədə avtomobil qəzasında dünyasını dəyişib (FOTO)

Bakı. Trend:

Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov
Türkiyədə vəfat edib.

Trend xəbər verir ki, əmisi
ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul
olan 27 yaşlı Orxanın avtomobil qəzasında ölüb.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Orxan Mürtəzov müharibədə
iştirakına görə bir neçə medalla təltif edilib, evli və iki azyaşlı
qız atası olub.