
Bakı. Trend:
Ağstafa rayonunda zəncirvari qəza baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, yanvarın
27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı Körpü avtomagistiralının
Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt
örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir
neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib.
Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş
Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin
ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə bir sıra tədbirlər həyata keçirib. Hadisə nəticəsində 2 nəfər
xəsarət alıb, faktla bağlı araşdırmalar davam etdirilir.

























