
Yevlax. Trend:
Yevlax rayonunda avtomobil yol qəzası baş verib.
Trend-in Qarabağ
bürosu xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə
alınıb. Toyota Land Crusier markalı minik avtomobilinin sürücüsü
1991-ci il təvəllüdlü Tərtər rayon sakini Habil İsmayılov
idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza
nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş
inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma
aparılır.

























