
Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.
Trend Fövqəladə Hallar
Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 60 m²
olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları
40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

























