Advertisement

Cəlilabadda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Cəlilabad şəhərində 1 nəfərin (uşaq) mənzildə
bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat
daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz
qalmış uşağın xilas olunması təmin edilib.