
Bakı. Trend:
Zəngilanda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot,
3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək
götürülüb.
Faktla bağlı araşdırma aparılır.

























