Advertisement

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Bakı. Trend:

Cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının
Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən
vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il
təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü
Əliyev Adəm Həsən oğlu həlak olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş
Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin
(ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual
hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma
aparılır.