
Bakı. Trend:
Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə
quraşdırılmış 1 ədəd kompressor yanıb.
FHN-dən Trend-ə verilən xəbərə görə, yanğın zamanı 3 nəfər
(restoranın işçiləri) tüstüdən zəhərlənib.
Digər kompressorlar və restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























