Advertisement

Göygöldə restoran yanıb – Trend.Az

Bakı. Trend:

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonun Topalhəsənli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli
obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları
yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.