
Bakı. Trend:
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Trend xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu
məlumat yayıb.
Bildirilib ki, aprelin 28-də saat 21 radələrində Abşeron rayonu,
Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc
Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin
yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər
yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın
Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində
tutulub.
Hazırda ibtidai istintaq davam edir.

























