
Bakı. Trend:
Şəmkirdə maşın yol kənarındakı maneəyə çırpılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Şəmkir rayonu, Kür qəsəbəsində yol-nəqliyyat
hadisəsi baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW”
markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, 1 nəfər
avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər
müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti
üzrə təhvil verilib.

























