
Bakı. Trend:
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat
hadisəsi baş verib.
Trend xəbər verir ki, yüksək sürətlə hərəkət edən iki avtomobil
sürücülərin idarəetməsindən çıxaraq, qəza törədib.
Sözügedən avtomobillər yol kənarındakı digər avtomobilləri əzib.
Nəticədə 9 avtomobilə ciddi ziyan dəyib.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Trend-ə
bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb.
“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov
küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari
yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər
xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin
sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis
İdarəsində araşdırma aparılır”, – deyə bildirilib.

























