Advertisement

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində “Sumqayıt Aşqarlar” ASC-nin
yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil
olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının müəssisənin
ərazisinə keçməsinin qarşısı alınıb.

FHN-dən bildirilib ki, yanğın Nazirliyin yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.