
Bakı. Trend:
Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində
1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il
təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə
yetirilmələri barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend-ə
bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci
il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət
yetirib.
O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

























