Bakı. Trend:
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən
keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə
yetişdirməkdə şübhəli bilinən, rayonun Kosalar kənd sakini Əli
Nəsibov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə
verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı
sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada
qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə
kolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

























