Advertisement

Bakıda birmərtəbəli ev yanıb – Trend.Az

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı
evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından
mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.