Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş
rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində yanğın
baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş
rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
vətəndaşa məxsus birmərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış
evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan yeddiotaqlı evin
1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə
yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.

























