Advertisement

Ağcabədidə 40 yaşlı kişi öldürüldü

Bakı. Trend:

Ağcabədidə 40 yaşlı kişi öldürülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə
regional qrupu məlumat yayıb.

Bildirilib ki, may ayının 11-də saat 23 radələrində Ağcabədi
rayonunda 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun
kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil
olub.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər
nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il
təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş
verib.

Faktla bağlı araşdırma aparılır.