Advertisement

Zaqatalada iki avtomobil toqquşdu: ölənlər var

Bakı. Trend:

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı
Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi
baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, mayın 13-də saat
17 radələrində Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı
avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun
idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında
dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir
Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət
alıb.

Faktla bağlı cinayət işi başlanılıb.