Bakı. Trend:
Perunun Ayakuço regionunda avtobus qəzaya uğrayıb, 13 nəfər
ölüb.
Trend-in
məlumatına görə, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
Avtobus paytaxt Limadan Ayakuço şəhərinə hərəkət edən zaman
idarəetməni itirib və dərəyə aşıb.
Nəqliyyat vasitəsində 34 nəfərin olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.

























