Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada
yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

























