
Bakı. Trend:
Bakıda güclü yanğının baş verdiyi ərazidən yeni görüntülər
yayılıb.
Trend xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq
prospektində yerləşən mağazada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla
əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq
prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis
əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, yanğın məşhur “Ag çiçəyim” gül salonunda baş
verib.

























