
Bakı. Trend:
Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən
oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il
təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər
qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə
polisə məlumat verə bilərlər.

























