Advertisement

Masallı taxta emalı sexi yanıb

Bakı. Trend:

Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Binə Xocavar
kəndində ümumi sahəsi 49 m² olan taxta emalı sexinin dam örtüyünün
yanar konstruksiyaları 16 m² sahədə yanıb. Sexin qalan hissəsi
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.