Advertisement

Gəncədə yeniyetmə çayda batıb – Trend.Az

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
çayının Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən
hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil
olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin
qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad
Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə
axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.