Advertisement

İmişlidə evdə yanğın olub – Trend.Az

Bakı. Trend:

İmişli şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli şəhərində ümumi
sahəsi 99 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar
konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.