Advertisement

Oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb

Bakı. Trend:

Mayın 4-də Nərimanov rayonu ərazisində bir nəfər şəxsin
itirdiyi, içərisində 513 manatı, 5 ədəd bank kartı və sürücülük
vəsiqəsi olan pulqabısının oğurlanması və mayın 5-də kartlarının
birindən 227 manat dəyərində alış-veriş edilməsi barədə polisə
məlumat daxil olub.

Trend xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli
bilinən Elçin Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.