Advertisement

Zığ şosesi ilə hərəkət edən sürücülərin nəzərinə!

Bakı. Trend:

Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Aeroportu
istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət
hissəsinə düşüb.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini
təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolaq
hissəsində “məhdudlaşdırıcı zolaq” işarəsi qoyulub. Bununla yanaşı,
yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat
verilib.

Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və
sürət həddinə əməl etmələri xahiş olunur.