Bakı. Trend:
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid
Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan
37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən
edilib.
Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində
də analoji faktlar törətdikləri məlum olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı
isə rayonun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin
saxlanılıblar. Onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki
qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

























