Advertisement

Sabirabadda çətənə kolu yetişdirən şəxslər saxlanılıb

Bakı. Trend:

Sabirabad rayonunun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu
Ramin çətənə kolu yetişdirməldə şübhəli bilinərək
saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onların yaşadığı
evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək
yetişdirilən çətənə kolu götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.