Advertisement

Tovuzda evdə yanğın: 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Tovuz rayonunun Əyyublu kəndində yanğın olub.

Trend FHN-ə istinadən xəbər
verir ki, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan
ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar
konstruksiyası 20 m² sahədə, digər iki otağın tavanı 60 m² sahədə
və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.